Bank Of Baku

Litva ABŞ hərbçilərinin ölkədə daimi qalmasını dəstəkləyib

Litva ABŞ hərbçilərinin ölkədə daimi qalmasını dəstəkləyib
# 26 fevral 2017 01:41 (UTC +04:00)

Litva ABŞ hərbçilərinin ölkə ərazisində daimi qalmasını dəstəkləyir. APA-nın “Delfi”yə istinadən verdiyi xəbərə görə, bunu Litva XİN rəhbəri Linas Linkyaviçus deyib.     

 

“Hərbi kontingentimizin çox məhdud olduğundan ABŞ qoşunlarının ölkədə daimi qalmasını dəstəkləyirik”, - deyə Linkyaviçus bildirib.   

 

Linkyaviçus amerikalılara havadan müdafiə məsələsinin də çox vacib bənd olduğunu bildirib: “Litvanın, demək olar ki,  havadan müdafiə sistemi yoxdur”.

 

Bununla belə, Litva konstitusiyası ölkə ərazisində başqa ölkələrin hərbi bazaların olmasını qadağa edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR