Bank Of Baku

Litva prezidenti: “Avropa İttifaqı Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı iqtisadi təzyiqinə dözmək niyyətində deyil”

Litva prezidenti: “Avropa İttifaqı Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı iqtisadi təzyiqinə dözmək niyyətində deyil”
# 14 yanvar 2014 15:50 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqı Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı iqtisadi təzyiqinə dözmək niyyətində deyil.

 

APA – nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Strasburqda Litva prezidenti Daliya Qribauskayte çıxış edib.

 

 O hesab edir ki, gələcəkdə Rusiyadan Moldova və Gürcüstan kimi ölkələrə qarşı iqtisadi təzyiq göstərəcəyini gözləmək olar.

 

“Litva daxil olaraq, “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı istifadə olunan təzyiq vasitələri qəbulolunmazdır. Millətlər öz gələcəyi ilə bağlı sərbəst seçim etmək imkanına malik olmalıdır. Bu isə o deməkdir ki, biz gələcəkdə bu cür davranışa dözməyəcəyik”, - deyə Litva prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR