Bank Of Baku

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb
# 05 iyun 2017 19:28 (UTC +04:00)

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.  

 

Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.

 

İyunun 3-də   “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR