Bank Of Baku

Londondakı terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb

Londondakı terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb
# 08 iyun 2017 02:24 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

 

Məlumata əsasən, iki kişi Londonun şərqində həyata keçirilən xüsusi əməliyyat, daha biri evində aparılan axtarışdan sonra saxlanılıb. 

 

İyunun 3-də   “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis ərəfindən güllələnib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR