Bank Of Baku

Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
# 10 iyun 2017 03:08 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

 


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

 

Məlumata əsasən, 27 yaşlı oğlan evində aparılan axtarışdan sonra saxlanılıb. Ümumilikdə terror hadisəsi ilə əlaqədar indiyədək 18 nəfər saxlanılıb. Onlardan 13-ü hər hansı ittiham irəli sürülmədən sərbəst buraxılıb.

 

İyunun 3-də   “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR