Bakı-APA. Ötən gecə İtaliyada baş verən zəlzələ nəticəsində azı 120 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təbii fəlakət zonasına baş çəkən İtaliyanın baş naziri Matteo Renzi bildirib.
Onun sözlərinə görə, yeraltı təkanların episentrinə yaxın Akkumoli və Amatriçe şəhərlərində 368 nəfər xəsarət alıb.
Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar İtaliyada milli matəm günü elan edilib.