Bank Of Baku

Merkel bir daha Suriyada Türkiyə sərhədi yaxınlığında təhlükəsiz zonalar yaratmağa çağırıb

Merkel bir daha Suriyada Türkiyə sərhədi yaxınlığında təhlükəsiz zonalar yaratmağa çağırıb
# 23 aprel 2016 23:28 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel  bir daha Suriyada Türkiyə sərhədi yaxınlığında qaçqınlar üçün təhlükəsiz zonalar yaratmağa çağırıb.    

 

“Mən bir daha atəşkəsə tam riayət olunacaq və təhlükəsizliyin yüksək səviyyədə təmin ediləcək təhlükəsiz zonalar yaratmağa çağırıram”, - deyə Merkel qeyd edib.   

 

Qeyd edək ki, Almaniya kansleri  Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki  suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar.

 

Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR