Böyük Britaniyanın baş naziri Tereza Mey dünən Londonda baş verən 3 terror aktının planlaşdırma və icra baxımından bir-biri ilə əlaqəli olmadığını bəyan edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, T. Mey ölkənin yeni təhlükə ilə üzləşdiyini də vurğulayıb.
Baş nazir deyib ki, terrorizm terrorizm doğurur: “Terrorçular tək il ərzində planlaşdırma və hazırlıq nəticəsində terror aktı törətmirlər. Bəzən bir terrorçu təkbaşına başqalarının əməlini təkrar edir”.
Baş nazir Vestminsterdə terror aktı törədilməsindən, martın 22-dən indiyə qədər 5 terror aktının qarşısının alındığını nəzərə çatdırıb.