Bank Of Baku

Mixail Saakaşvili ABŞ və Avropa Birliyini Ukrayna hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Mixail Saakaşvili ABŞ və Avropa Birliyini Ukrayna hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
# 28 yanvar 2014 10:25 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ və Avropa Birliyini Ukrayna hökumətinin təmsilçilərinə və onları dəstəkləyən oliqarxlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

APA-nın məlumatına görə, M.Saakaşvilinin çağırışı “The Wall Street Journal” nəşrində yer alıb.

 

Gürcüstanın eks-prezidenti hesab edir ki, həmin şəxslərə qarşı tətbiq olunacaq sanksiyalar vizaların verilməsi və xarici banklardakı hesabların dondurulmasını nəzərdə tutmalıdır. 

 

“Ukrayna müxalifətinə isə, konkret olaraq Vitali Kliçkoya ABŞ-a və digər qərb dövlətlərinə səfər etmək üçün dəvət göndərilməlidir. Həmçinin Qərb Moskvaya Ukraynanın işlərinə qarışmamaq barədə xəbərdaq etməlidir”, - deyə M.Saakaşvili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR