Bank Of Baku

Moldova AB ilə Assosiativ Sazişi iyunun 27-də imzalamağa dəvət alıb

Moldova AB ilə Assosiativ Sazişi iyunun 27-də imzalamağa dəvət alıb
# 13 may 2014 20:43 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey bu gün Kişinyovda keçirdiyi brifinqdə bildirib.

 

“Mən AB ilə assosiasiya və azad ticarət haqqında sazişin imzalanması ilə bağlı dəvətnaməni bu gün baş nazir Yuri Lyankeyə təqdim etdim. Sənədlərin imzalanması mərasimində AB-nə üzv olan 28 ölkənin lideri iştirak edəcək”, deyə Rompey əlavə edib.

 

Onun sözlərinə görə, AB  Moldovaya texniki və maliyyə yardımının göstərilməsini bundan sonra da davam edəcək.

 

Qeyd edək ki, Moldova və AB arasında assosiasiya və azad ticarət haqqında saziş ötən ilin noyabrında Vilnüsdə  “Şərq Tərəfdaşlığı” proqramına üzv olan dövlətlərin sammitində paraflanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR