Bank Of Baku

Nigeriyada girov götürülən britaniyalı öldürülüb

Nigeriyada girov götürülən britaniyalı öldürülüb
# 07 noyabr 2017 03:22 (UTC +04:00)

 Nigeriyada girov götürülən Böyük Britaniya vətəndaşı öldürülüb, daha 3 nəfər isə xilas edilib.  APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya XİN-nindən bildirilib.  

 

Oktyabrın 13-də terrorçular Niger çayı sahilindəki yaşayış məntəqəsinə hücum edərək 4 britaniyalını girov götürüblər. Nigeriya və Böyük Britaniya hökumətləri  girovların azad edilməsinə dair razılıq  əldə  edə ediblər, lakin dördüncü girov Yen Skvayr öldürülmüşdür.

 

 Məlumata görə, britaniyalılar yerli kəndlilərə yardım göstərən xeyriyyə təşkilatının işçiləri olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR