Norveçin Şpitsbergen (Svalbard) adası yaxınlığında Rusiyaya məxsus helikopter dənizə düşüb.
APA-nın “Qazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, helikopterdə 8 nəfər olub.
Şimali Norveçin xilasetmə xidmətinin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir ki, təyyarə Rusiyadan Norveçin Barentsburq şəhərinə uçurmuş.
Bildirilir ki, qəzaya uğrayan Mİ-8 helikopteri olub. Qəza yerinə helikopter və gəmi göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.