Bank Of Baku

Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Vyanada həbs olunub

Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Vyanada həbs olunub
# 06 iyun 2014 04:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun həbsi üçün order hələ mayın 19-da verilmişdi.   

 

Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub.  

 

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib.  2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

 

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR