Bank Of Baku

Paata Zakareişvili: “Abxaziya dəmiryolunun bərpası məsələsi havadan asılı qalıb”

Paata Zakareişvili: “Abxaziya dəmiryolunun bərpası məsələsi havadan asılı qalıb”
# 21 iyun 2014 03:15 (UTC +04:00)

Gürcüstanın barışıq və vətəndaş  bərabərliyi məsələləri üzrə dövlət nazir Paata Zakareişvili APA-nın Gürcüstan bürosuna açıqlamasında bu məsələyə münasibət bildirib: “Bu mövzu hələ havadan asılı qalıb. Dəmiryolunun bərpası məsələsi bir-iki il bundan əvvəl gündəmdə olub, lakin yenə də məsələnin müzakirəsində heç bir dəyişiklik baş verməyib.”

 

Dövlət naziri Gürcüstan-Rusiya diplomatik münasibətlərinə də toxunub: “İlk addımı biz atmışıq. Zurab Abaşidzenin rəhbərliyi ilə nümayəndəlik yaratdıq. Bizim bu ilk addımımız nəticələr verib.  Biz Lars yolunu açdıq, Rusiya vətəndaşlarına Gürcüstana vizasız gediş-gəlişə icazə verdik. Gürcüstan-Rusiya diplomatik münasibətlərinə gəlincə, bu münasibətlər hələ bərpa olunmayacaq, çünki Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunub. Suxumi və Tsxinvalidə isə  Rusiyanın diplomatik nümayəndəlikləri  fəaliyyət göstərir”,  dövlət naziri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR