Bank Of Baku

Parisdə etirazçılarla polis arasında toqquşma baş verib

Parisdə etirazçılarla polis arasında toqquşma baş verib
# 24 aprel 2017 00:34 (UTC +04:00)

Parisdə prezident seçkilərinin nəticələrindən narazı qalan etirazçılarla  polis arasında toqquşma baş verib.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

 

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Aksiyada yüzlərlə etirazçı iştirak edir. Bundan əvvəl Parisin Şimal dəmiryol vağzalı yaxınlığında etirazçılar 3 avtomobilə od vurublar.

 

Bastiliya meydanından Respublika meydanına keçən iğtişaşlar hazırda davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR