Bank Of Baku

Parisdə Çin vətəndaşının polis tərəfindən qətlə yetirilməsi iğtişaşlara səbəb olub

Parisdə Çin vətəndaşının polis tərəfindən qətlə yetirilməsi iğtişaşlara səbəb olub
# 28 mart 2017 11:02 (UTC +04:00)

Çinli Li Şayonun polis tərəfindən qətlə yetirilməsindən sonra Parisdə iğtişaşlar başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Le Parisien” qəzeti yazıb.

 

Hadisə nəticəsində 3 polis yaralanıb.

 

Ölən şəxsin xatirəsini yad etmək üçün onlarla insan Parisin 19-cu dairəsindəki polis bölməsinin qarşısına toplaşıblar. Sonradan iğtişaşlar genişlənib. Nəticədə naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, onu yandırmağa çalışıblar. Polis aksiyanı dağıtmağa çalışsa da, iştirakçılar onlara tərəf daş və şüşə atmağa başlayıblar. Azı 35 nəfər saxlanılıb.

 

Xatırladaq ki, ötən gün iki polis əməkdaşı məişət münaqişəsi ilə bağlı informasiyanı yoxlamaq üçün mənzillərdən birinə gedib və onlara bıçaqla hücum edən 56 yaşlı şəxsi güllələyib. Ölən şəxs Çin vətəndaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR