Bu gün Polşa prezidenti Anjey Duda parlament böhranının tənzimlənməsi ilə əlaqədar müxalifət partiyalarının liderləri ilə görüşəcək.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün prezidentin mətbuat katibi Marek Marek Maqerovskiy bildirib.
Qeyd edək ki, cümə günündən başlayaraq Polşa müxalifəti Seymin fəaliyyətini boykot edir. Buna səbəb Seymin 2017-ci ildən parlamentin aşağı palatasında jurnalistlərin işini məhdudlaşdırmaq niyyəti, eyni zamanda Seymin spikeri Marek Kuxçinskinin deputatlardan birini iclasdan çıxarmasıdır. Müxalifətin boykotuna baxmayaraq, Seymin iclası parlamentdə başqa bir zalda keçirilib və bir sıra qanunlar qəbul edilib. Lakin müxalifət başqa iclasda səsvermənin keçirilməsini legitim saymır.
Xatırladaq ki, bundan əvvəl. A. Duda siyasi qüvvələri səbirli olmağa çağırıb, hakim partiya ilə müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib.