Bank Of Baku

Polşanın xarici işlər naziri: “Qərb Ukraynanı satmayacaq”

Polşanın xarici işlər naziri: “Qərb Ukraynanı satmayacaq”
# 17 aprel 2014 07:39 (UTC +04:00)

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, R. Sikorski bu gün başlayacaq Cenevrə görüşündə Rusiyanın Ukraynanın federallaşması məsələsini qaldıracağını, lakin danışıqların digər iştirakçılarının bununla razılaşmayacağını söyləyib: “Biz super güclərin böyük Avropa dövlətini öz Konstitusiyasını dəyişməyə məcbur etdiyi müstəmləkə stili ilə razılaşa bilmərik. Ukrayna istəyərsə, özü hakimiyyətin mərkəzləşdirilməsini azalda bilər”.

 

Nazir qeyd edib ki, Vladimir Putin Ukraynanın Almaniya və ya İsveçrə modeli üzrə yox, Bosniya modeli üzrə federallaşmasını arzulayır, bu isə Ukraynada idarəolunmaz və islahatların reallaşmasını qeyri-mümkün edən vəziyyət yarada bilər. R. Sikorski bu gün Kremlin öz imkanlarını olduğundan daha artıq qiymətləndirdiyini vurğulayıb: “SSRİ Qərblə konfrontasiyaya getdi və uduzdu. Bu gün isə Qərblə Şərq arasında disproporsiya daha böyükdür”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR