Bank Of Baku

Almaniyada ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir

Almaniyada ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir
# 01 sentyabr 2016 13:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

Tədbir ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin sədrliyi ilə təşkil olunub.

 

Tədbirdə Dağlıq Qarabağ, o cümlədən regionda baş verən digər münaqişələr müzakirə olunacaq. Həmçinin silahlanmaya nəzarət, qaçqın və terror məsələlərinin müzakirəsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR