Bank Of Baku

Riqada qaçqınlara dəstək mitinqinə 60 nəfər qatılıb

Riqada qaçqınlara dəstək mitinqinə 60 nəfər qatılıb
# 28 fevral 2016 02:27 (UTC +04:00)

Bakı-APA. Latviyanın paytaxtı  Riqada qaçqınlara dəstək yürüşündə 60 nəfər iştirak edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya “Biz qaçqınlara kömək etmək istəyirik” ictimai birlik tərəfindən təşkil olunub.  

 

Aksiya iştirakçıları “Qaçqınlar da insandırlar”, “İnsan haqları hamıya şamil edilir” və “Biz insanlığın tərəfdarıyıq” kimi şüarlar səsləndiriblər.  Məlumata görə, aksiyaya 60 nəfər qatılıb.     

 

Qaçqınların gəlişinin əleyhdarlarının aksiyaya mane olmaq cəhdləri nəticə verməyib.  

 

Qeyd edək ki, ötən gün Riqa daxil olmaqla bir çox şəhərdə qaçqınlara dəstək aksiyaları keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR