Bank Of Baku

Romada fövqəladə vəziyyət elan oluna bilər

Romada fövqəladə vəziyyət elan oluna bilər
# 03 fevral 2014 21:02 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhər meri İnyassio Marinonun sözlərinə görə, paytaxtda fövqəladə vəziyyət elan olunacağı istisna deyil.

 

Son günlər ərzində güclü yağışlarla müşayiət olunan qeyri-sabit hava nəticəsində Tibr çayının səviyyəsi qalxıb.

 

Ötən gündən “Leonardo va Vinçi” beynəlxalq hava limanının yaxınlığında yerləşən Fyumiçino şəhərətrafı qəsəbəsində vəziyyət kritik həddə çatıb.

 

Su basma ərazilərində yollar və məktəblər bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR