Bank Of Baku

Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı 5 nəfər saxlanılıb - YENİLƏNİB

Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı 5 nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 dekabr 2016 03:33 (UTC +04:00)

Ankarada Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat verib.

 

Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.

 

Bundan əvvəl Aydın vilayətində Andrey Karlovu qətlə yetirən Mövlüd Mərd Altıntaşın atası, anası və bacısının saxlandıqları bildirilirdi. 

 

***

 

02:10

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlüd Mərd Altıntaşın atası, anası və bacısı Türkiyənin Aydın vilayətində saxlanılıb.

 

APA-nın məlumatına görə, onlar yaşadıqları qəsəbənin polis şöbəsinə aparılıblar.

 

Polis əməkdaşları şübhəli şəxsin evində axtarış aparırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR