Bakı – APA. Suriyada hökumətlə müxalifət arasındakı danışıqlar asan və tez olmayacaq.
APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla “Cenevrə-2” beynəlxalq konfransının açılışında Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Sözdə “Cenevr-2” konfransını dəstəkləyən, əslində isə onun müvəffəqiyyətini istəməyən xeyli qüvvə var. Buna baxmayaraq konfrans 100 faizlik olmasa da, Suriyada sülhün əldə edilməsi üçün real addımdır”, - deyə S. Lavrov vurğulayıb.