Bank Of Baku

Sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək
# 14 iyun 2014 16:26 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına sabah keçiriləcək seçkilərdə monitorinq aparmaq üçün 32 xarici təşkilat və 59 yerli təşkilatdan müşahidəçiləri qeydiyyata alıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, seçkidə müşahidəçi kimi Avropa Şurasının, ATƏT-in, Avropa Birliyinin, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu, eyni zamanda ABŞ, İsveç, Hollandiya, Polşa, Qazaxıstan, Ermənistan, Moldova və digər ölkələrin nümayəndələri iştirak edəcək.

 

MSK-dan verilən məlumata görə, 15 iyun seçkisində proporsional-majoritar sistem üzrə  71 bələdiyyəyə 2008 üzv, 12 şəhərə mer və 59 rayon icra hakimiyyəti başçısı seçiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR