Bank Of Baku

Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub - YENİLƏNİB

Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 02 aprel 2017 22:47 (UTC +04:00)

Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

 

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç  tutur. Onun ən yaxın rəqibi, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.

 

Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib.  Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

 

***

 

22:57

 

Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Ipsos Strategic” agentliyi tərəfindən keçirilən "exit-pol”un nəticələrinə əsasən, seçkidə böyük üstünlüklə ölkənin baş naziri Mladen Vuçiç  qalib gəlir. O, seçicilərin 58,1 % səsini toplaya bilib.

 

İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

 

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR