Bank Of Baku

Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub

Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub
# 02 aprel 2017 22:47 (UTC +04:00)

Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

 

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç  tutur. Ona ən yaxın olan rəqib, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.

 

Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib.  Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR