Bank Of Baku

ABŞ və Rusiya ən böyük silah ixracatçılarıdır

ABŞ və Rusiya ən böyük silah ixracatçılarıdır
# 22 fevral 2016 07:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ və Rusiya dünyada adi silahların ən böyük ixracatçılarıdır.

 

APA-nın məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) illik hesabatında deyilir. İnstitutun tərtib etdiyi reytinqə əsasən dünyanın 5 ən böyük silah ixracatçısının siyahısına 33 faizlik göstərici ilə ABŞ başçılıq edir. ABŞ-ın əsas müştəriləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədir. Bildirilir ki, son 5 ildə 2006-2010-cu illərlə  müqayisədə ABŞ silah ixracını 27 faiz artırıb.

 

Siyahıda 2-ci yerdə Rusiya qərarlaşıb. Onun dünya silah ixracında payı 25 faizdir. Rusiya son 5 ildə silah istehsalını əvvəlki 5 illiyə nisbətən 28 faiz artıb. Siyahıda digər 3 yerdə Hindistan, Çin və Vyetnam qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR