Bank Of Baku

Şotlandiyada eynicinsli nikahlar rəsmiləşdirilib

Şotlandiyada eynicinsli nikahlar rəsmiləşdirilib
# 05 fevral 2014 01:43 (UTC +04:00)

Bakı-APA. Şotlandiya parlamenti eynicinsli nikahların rəsmiləşdirilməsi haqqında qanunu qəbul edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Huffington Post məlumat yayıb.  

 

Qanunun qəbul olunmasını 105 deputat dəstəkləyib, 18 nəfər isə “əleyhinə” səs verib. Eynicinsli nikahların rəsmiləşdirilməsi haqqında qanunun qəbul olunmasını deputatlar “tarixi” qərar  adlandırıb.

  

İlk eynicinsli nikahların qeydiyyata alınması bu ilin sonunadək gözlənilir. Bununla belə, keşişlərə  “mavi”lərin nikah mərasimlərini keçirtməmək hüququ da verilib.  

 

Şotlandiyada müxtəlif dini icmaların nümayəndələri qanunun qəbul olunmasını artıq pisləyərək, 4 fevral tarixini ənənəvi nikaha inananlar üçün kədərli gün adlandırıblar.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR