Bank Of Baku

Stoltenberq: “NATO Rusiya ilə soyuq müharibə istəmir”

Stoltenberq: “NATO Rusiya ilə soyuq müharibə istəmir”
# 18 dekabr 2016 03:33 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nümayəndələrinin iştirakı ilə Brüsseldə keçiriləcək toplantı zamanı Moskvaya Alyansın “soyuq müharibə”yə qayıtmaq niyyətində olmadığına dair  mesaj verəcəyini bildirib.  

 

APA-nın xəbərinə görə, bu barədə “Bild” nəşri məlumat yayıb.  

 

“Dekabrın 19-na planlaşdırılan iclasa mesajımız belədir: NATO gərginlik istəmir, Alyans “soyuq müharibə” arzusunda deyil”, deyə o bildirib.   

 

Qeyd edək ki, dekabrın 19-da Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR