Bank Of Baku

Kilisin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-1

Kilisin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı artıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 24 yanvar 2018 19:12 (UTC +04:00)

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

İnsident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb. 

 

***

 

20:53

 

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində yaralananlardan biri ölüb.

 

APA-nın “Milliyet”ə  istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

 

Məlumata əsasən, şəhərə 2 raket mərmisi düşüb.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. 

 

***

 

20:11

 

Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub.

 

 APA-nın “Milliyet”ə qəzetinə istinadən verdiyi məlumata görə, mərmi məscidə düşüb.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-si ağır olmaqla 8 nəfər yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR