Bank Of Baku

Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib

Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib
# 27 fevral 2016 13:26 (UTC +04:00)

Bakı - APA. "Vahid Milli Hərəkat" partiyasını (sabiq prezident Mixeil Saakaşvilinin partiyası) dəstəkləyən "Azad zona" təşkilatı Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlara etiraz əlaməti olaraq Tbilisidə aksiya keçirib.

 

APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları "Qazprom"un Gürcüstana nəql etdiyi qazın həcminin artırılmasına etiraz edib.

 

Aksiya iştirakçılarından biri deyib ki, "Qazprom" Rusiya rəhbərliyinin siyasi silahıdır: "Biz 2006-cı ilin qış aylarında "Qazprom"un bütün Gürcüstanı qazsız qoymasını yaxşı xatırlayırıq. Hadisələr təkrarlana bilər".

 

Etirazçılar əllərində "Qazproma yox", "Bidzina get!" yazılmış plakatlarla sabiq baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündən də keçiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR