Bank Of Baku

Tbilisidə market sahibi olan ər-arvad qətlə yetirilib

Tbilisidə market sahibi olan ər-arvad qətlə yetirilib
# 15 yanvar 2018 10:16 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Zaqesi qəsəbəsində ötən gecə qətl hadisəsi baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, qəsəbənin Avçala küçəsində yerləşən marketə qarət məqsədilə silahla hücum etmiş şəxslər 66 yaşlı kişi və 58 yaşlı qadını güllələyiblər.

 

Qətlə yetirilmiş ər və arvad marketin sahibi olublar.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR