Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb.
APA-nın yerli bürosu məlumata istinadla xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar.
Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.
***
20:04
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda xüsusi əməliyyat keçirib.
APA-nın yerli bürosunun məlumatına əsasən, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı da saxlanılıb.
Saxlanılan şəxslərin iş adamından hədə-qorxu yolu ilə pul tələb etdikləri bildirilir.