Bank Of Baku

Tereza Mey "Brexit" üzrə danışıqların başlanmasına dair rəsmi bildiriş imzalayıb

Tereza Mey "Brexit" üzrə danışıqların başlanmasına dair rəsmi bildiriş imzalayıb
# 29 mart 2017 09:07 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey Lissabon sazişinin 50-ci maddəsini əsas tutaraq ölkənin Avropa İttifqqından çıxmasına rəsmi hazırlıq prosedurunun başlanmasına dair rəsmi bildiriş imzalayıb.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Lissabon sazişinin 50-ci maddəsinə əsasən, əgər bir ölkə Avropa İttifaqından çıxmaq istəyirsə, öz Konstitusiyanın tələblərinə uyğun olaraq qurumdan çıxmaqla bağlı müraciət etməlidir və bundan sonra rəsmi danışıqlar başlamalıdır. Bunun üçün 2 ildən çox zaman tələb olunur.

 

Xatırladaq ki Britaniya hökumətinin Aİ rəhbərliyinə qurumun tərkibindən çıxmaqla bağlı sorğu göndərməsinə icazə verən qanun kraliça II Yelizaveta tərəfindən bu il martın 16-da imzalanaraq qüvvəyə minib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR