Bank Of Baku

Tiflisdə ÜST-nin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

Tiflisdə ÜST-nin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir
# 27 aprel 2017 09:52 (UTC +04:00)

Tiflisdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Gürcüstan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ana və yeni doğulmuş uşaqların məsələləri ilə bağlı beynəlxalq konfrans keçirilir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda 12 ölkədən 67 nümayəndə iştirak edir.

 

Konfransda Gürcüstan səhiyyə naziri David Sergeyenko, ÜST nümayəndəsi Marijan İvanuşa və digərləri çıxış ediblər.

 

Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin nümayəndəsi, tibbi yardımın təşkili şöbəsinin məsul əməkdaşı Nərgiz Kərimova və Respublika Perinatal Mərkəzin direktoru, baş mama ginekoloqu Sevinc Məmmədova təmsil edir.

 

N. Kərimova jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın Səhiyyə Nazirliyi doğuşla əlaqədar yeni aparatlar alıb. Onun sözlərinə görə, bu aparatlar uşaqların tənəffüs orqanlarında yaranan problemlərin aradan qaldırılmasına kömək edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR