Bank Of Baku

Türk ekspert: “Səfirin qətlinin  Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcəyinə inanıram”

Türk ekspert: “Səfirin qətlinin  Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcəyinə inanıram”
# 19 dekabr 2016 20:39 (UTC +04:00)

“Səfirin qətlinin  Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcəyinə inanıram”.

 

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Ankaradakı Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı, terrorizm, təhlükəsizlik və Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis Ərcan Çitlioğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirərkən deyib.

 

“Dünya miqyasında bir ölkənin səfirinin başqa ölkədə qətlə yetirilməsi nadir baş verən hadisədir. Belə hadisələr adətən ölkələr arasında ciddi böhrana səbəb olur. Rusiya Federasiyası kimi böyük dövlətin səfirinin Türkiyənin paytaxtında qətlə yetirilməsi daha böyük böhrana səbəb olma  potensialı daşısa da, mən bu hadisənin iki ölkə arasındakı münasibətləri gərginləşdirəcəyini zənn etmirəm. Çünki Türkiyə də, Rusiya da terrorizmdən zərər görmüş, terrorizmə qarşı ən ciddi şəkildə mübarizə aparan və hər yerdə dünyanın bütün ölkələrini terrora qarşı müştərək mübarizə aparmağa dəvət edən ölkələrdir” deyə politoloq bildirib.

 

O,  “dünyanın böyük ölkələrinin Ankarada baş vermiş bu hadisədən sonra terrorizmə qarşı müştərək platformada mübarizə aparmaq üçün ciddi-cəhd göstərəcəklərinə” ümid etdiyini bildirib: “Lakin Rusiya səfirinin qətlə yetirilməsinin iki ölkə arasındakı münasibətlərdə sıxıntılar yaradacağını düşünmürəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR