Bank Of Baku

Türk politoloq : “Rusiya kəşfiyyatının bu işin pərdə arxasını öyrənəcəyini düşünürəm”

Türk politoloq : “Rusiya kəşfiyyatının bu işin pərdə arxasını öyrənəcəyini düşünürəm”
# 19 dekabr 2016 20:21 (UTC +04:00)

“Bu hadisə Türkiyə-Rusiya münasibətlərinin üzərində istər-istəməz mənfi təsir yaradacaq”

 

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında İstanbuldakı Aydın Universitetinin professoru, Türkiyə- MDB ölkələri üzrə mütəxəssis Nadir Dövlət Rusiyanın Türkiyədəki səfiri Andrey Korlovun öldürülməsinə münasibət bildirərkən deyib.

 

“Türkiyə ilə Rusiya arasındakı münasibətlər, bir tərəfdən, normallaşma yoluna girərkən, digər tərəfdən, Hələb məsələsinə görə, iki ölkə arasında anlaşmazlıqlar olduğu məlum idi. Yaşanmış qətl hadisəsinin mənfi təsiri olacaq. Cihadçıların Hələbdən təmizlənməyə başlanmasından sonra Rusiyanın (həmçinin, işlə əlaqədar olan başqa ölkələrin) Türkiyədəki diplomatik missiyalarının qabağında etiraz aksiyaları keçirilirdi, demək ki, təhlükəsizlik tədbirlərini maksimum dərəcəyə çatdırmaq lazım imiş” deyə N. Dövlət bildirib.

 

“Qatilin polisin içindən çıxmasının Türkiyənin etibarını zədələməməsini diləyirəm” deyə o bildirib.

 

Mütəxəssis qətli  Türkiyə və Rusiyanın birgə araşdırmasını mümkün hesab etmir: “Qatil öldürüldü, bu durum istintaqın daha da dərinləşdirilməsinə əngəl  yarada bilər. Mən Rusiya kəşfiyyatının bu işin pərdə arxasını öyrənəcəyini düşünürəm. Təəssüf ki, ölkəmizdə təkcə əcnəbilər  deyil, bəzən  öz vətəndaşlarımız da sıxıntılı durumlar yaşayırlar. Bu durumun bir an əvvəl aradan qaldırılması Türkiyənin beynəlxalq aləmdəki etibarını çox gücləndirəcək”.

 

Qeyd edək ki, dekabrın 19-da axşam saat 17.30  radələrində  Rusiya Federasiyasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlov, Ankaradakı Müasir Sənətlər Qalereyasında  “Türklərin gözüylə Rusiya” foto-sərgisinin açılışında çıxış edərkən silahlı şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Qatil Mövlud Mərt Altıntaş hadisə yerində xüsusi təyinatlı polislər tərəfindən öldürülüb. 1994-cü ildə Aydın vilayətinin Söke qəsəbəsində anadan olan qatil Altıntaş, 2014-cü ildə İzmir polis kollecini bitirəndən sonra çevik qüvvə alayında işləyirmiş. Onun sui-qəsdi vaxtı 3 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR