Bakı-APA. Türkiyə Silahlı Qüvvələri Hakkari əyalətinin Çukurca rayonunda 100-dən çox PKK silahlısını məhv edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
Məlumatda 7 türk hərbçisinin şəhid olduğu, 21-nin yaralandığı bildirilir.
Bölgədə aviasiya və artilleriyanın cəlb olunması ilə genişmiqyaslı əməliyyat davam etdirilir.