Bank Of Baku

Türkiyə prezidentliyinə namizəd Ekmələddin İhsanoğlunun seçki koordinatorları qələbəyə inanır - MÜSAHİBƏ

Türkiyə prezidentliyinə namizəd Ekmələddin İhsanoğlunun seçki koordinatorları qələbəyə inanır  - <span style="color: red;">MÜSAHİBƏ
# 07 iyul 2014 11:57 (UTC +04:00)

- Seçkiyə 34 gün qaldı. Bu qısa müddətdə Türkiyə seçicisinə hörmətli İhsanoğlunun seçki platformasını çatdırmaq üçün hansı metodlardan istifadə  edirsiniz?

 

Mete Belovacıklı: Bilirsiniz ki, rəsmi seçki təbliğatı ayın 10-da başlayacaq, biz o vaxta qədər öz imkanlarımızla müəyyən işlər görməyə çalışırıq. Ancaq o biri tərəfdə daha fərqli işlərin görüldüyü hamıya məlumdur, sanki qanunların qeyri-mümkün sərhədlərini genişləndirməyə cəhd edirlər. Buna biz müdaxilə edə bilmərik, Yüksək Seçki Şurasının, məhkəmələrin və nəticədə vətəndaşların qərar verəcəyi bir durumdur. Biz öz imkanlarımız çərçivəsində əlimizdən gələn hər yerə səsimizi çatdırmağa çalışırıq. Bütün namizədlərin bərabər şərtlərdə mübarizə aparmasını arzulayırıq.

 

- Öz təbliğatınızın gedişindən razısınızmı?

 

- Çox razıyıq. Çünki istər Anadoluda, istərsə İstanbulda getdiyimiz hər yerdə xalq böyük maraq göstərir. Bütün ictimai rəy sorğuları türk xalqının sadəcə 30%-nin prezidentlik sistemini dəstəklədiyini sübut edir, ona görə də seçiləcək prezidentin ölkənin qütbləşməsini  deyil, birlik və bərabərliyini təmsil etməsi önəm qazanır. Seçki təbliğatımızı  bu fəlsəfə üzərinə qurmuşuq və xalqımızın buna müsbət reaksiya verdiyini görürük.

 

- Türkiyə ictimaiyyəti bələdiyyə seçkilərində iqtidarı dəstəkləyən medianın əks tərəfin namizədlərinə qarşı sərt tənqidlərinə artıq öyrəşib. Ancaq təəccüblüdür ki, hörmətli İhsanoğlunun namizədliyinə qarşı iqtidar qanadından sərt tənqidlərə şahid olmuruq. Bunu nəyə bağlayırsınız?

 

- İhsanoğluna müxtəlif təbəqələrdən gələn tənqidlərin qarşısında  hörmətli İhsanoğlu əhval-ruhiyyəsini qətiyyən pozmadı, üslubunu dəyişdirmədi və bu üslubunu axıra qədər qoruyacağını dedi. Onun bu səviyyəsi və çizgisi qarşısında, deyəsən, o  biri namizədlər də eyni çizgiyə gəlmək məcburiyyətində qalacaqlar.

 

- Cənab İhsanoğlu MHP-dən də CHP-dən aldığı qədər dəstək ala bilirmi?

 

- Eyni dərəcədə dəstək var. Bundan başqa, bu prosesə sadəcə, CHP-MHP kimi baxmamaq lazımdır, hal-hazırda əlavə 3 partiya bizə dəstək verir. Yaxın günlərdə yeni partiyaların  hörmətli İhsanoğlunun namizədliyinə dəstək açıqlamalarını  gözləyirik. Bu, geniş bir platformadır və dəstək məsələsində heç bir problem yoxdur.

 

- İlk turda qələbə çala biləcəyinizə inanırsınızmı?

 

- Hədəfimiz odur.

 

- Özləm xanım, bəs sizin hörmətli İhsanoğlunun seçki qərargahında yer almağınızın səbəbi nədir?

 

Özləm Gursəs: Çünki hörmətli İhsanoğlu Tükiyənin namizədi kimi yola çıxdı. Seçki kampaniyamızın əsas məqsədi hörmətli İhsanoğlunun səmimi bir dövlət adamı olduğunu xalqımıza başa salıb dəstək almaqdır. Bunu bacarıb seçkidə qalib gələ bilərik.

 

- İhsanoğluna iqtidar dairələrindən o qədər də sərt hücumlar olmaması barədə fikirlər var. Sizcə, bunun səbəbi nədir?

 

- Biz qorxulardan, çəkinmələrdən, qütbləşmədən təmizlənmiş yeni bir Türkiyə qurmaq istəyirik. Təəssüf ki, 12 ildən bəri rahatlığı əlindən alınmış bir toplum halına gətirildik. Bunlar hörmətli İhsanoğlunun təbiətinə zidd şeylərdir ki, bunları dəyişdirəcəyik. Hörmətli İhsanoğlu çələbiliyi, tolerantlığı ilə tanınmış bır adamdır, hörmətli baş nazirin böyüyüdür, hissi, elmi, insanlığı son dərəcə dərindir, baş nazir də bunu yaxşı bilir, buna görə ona heç nə deyə bilməz.

 

- İlk turdan nə qədər əminsiniz?

 

- Doğrusu, mən ilk turda hər namizədin öz elektoratından səs alacağını düşünürəm. Səlahəddin bəyin ortaya çıxmasını təbii qarşılayıram. Məncə, düyün ikinci turda bizim lehimizə çözüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR