Bank Of Baku

Türkiyə alman millət vəkillərinin İncirlik bazasına səfərinə yenə icazə verməyib

Türkiyə alman millət vəkillərinin İncirlik bazasına səfərinə yenə icazə verməyib
# 05 iyun 2017 12:58 (UTC +04:00)

Türkiyə yenidən Almaniya millət vəkillərinin İncirlik bazasına səfər etməsinə icazə verməyib.

 

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə birgə mətbuat konfransında deyib. O bildirib ki, hazırda İncirlik deyil, Konyadakı NATO bazasına səfər etmək mümkündür.

 

“Brüsseldə prezident Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə görüşündə dediyi kimi, bizim təklifimiz Almaniya nümayəndə heyətinin Konyada NATO bazasını ziyarət etməsidir. Bununla başlamaqda fayda var”, - deyə o, söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR