APA-nın “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, 2 sərnişin avtobusu, 18 yük maşını və 4 minik avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 5-i ağır olmaqla 29 nəfər yaralanıb. Xəsarət alanlar müxtəlif xəstəxanalara çatdırılıb.
Məlumata görə, qəza səbəbindən Ankara istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb.
Hadisə yerinə çox sayda xilasetmə və həkim briqadaları cəlb olunub.
Hərəkətin bərpa olunması istiqamətində tədbirlər görülür.