Bank Of Baku

Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 07 yanvar 2016 01:38 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Manisa əyalətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Manisa- Akhisar yolunda qeydə alınıb.

 

Akhisar rayonu istiqamətinə gedən minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

 

Qəza nəticəsində  bir azyaşlı olmaqla  4 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR