Bank Of Baku

Türkiyədə baş verən qəzada 3 əsgər ölüb

Türkiyədə baş verən qəzada 3 əsgər ölüb
# 08 fevral 2014 08:46 (UTC +04:00)

Bakı – APA. Türkiyənin cənub-şərqindəki Van vilayəti ərazisində baş verən yol qəzasında 3 əsgər ölüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, fevralın 8-nə keçən gecə Vanın Saray rayonunun İran sərhədində yerləşən Karahisar kəndi yaxınlığında əsgərləri daşıyan hərbi avtomobil yolun buzlu olması səbəbindən aşaraq uçuruma yuvarlanıb. Nəticədə 3 əsgər ölüb, 18-i yaralanıb.

 

Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər göndərilib. Yaralılar Vandakı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR