Bakı-APA. Bu gün Türkiyədə daha 3 əsgər şəhid olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Baş Qərargahından verilmiş açıqlamada qeyd olunub.
Məlumatda bildirilib ki, bu gün PKK terrorçularına qarşı keçirilmiş əməliyyatlar zamanı 3 əsgər şəhid olub, biri isə yaralanıb.
Əsgərlərdən biri Şırnakda, digərləri isə Diyarbəkirdə şəhid olub.