Bank Of Baku

Türkiyədə metroda qəza baş verib

Türkiyədə metroda qəza baş verib
# 08 yanvar 2016 09:11 (UTC +04:00)

Bakı-APA. Türkiyədə metro xəttində qəza baş verib.

 

APA-nın məlumatına görə, bu gün yerli vaxtla saat 7:30 radələrində İzmir şəhərində  Evka 3-Fahrettin Altay xətti ilə hərəkət edən metro qatarı Bölgə stansiyasından keçən zaman yaxınlıqdakı yük anbarında yük maşınlarının üzərindəki konteyner aşıb.

 

Hadisə yük konteyneri yük maşınının üzərinə qoyularkən baş verib. Nəticədə konteyner metro qatarına çırpılıb, vaqonlardan biri xətdən çıxaraq aşıb. Vaqonun aşması nəticəsində vaqonda olan bəzi sərnişinlər yüngül xəsarət alıblar. Yaralılara yerində tibbi yardım göstərilib. Qəzanın nəticələri aradan qaldırılana qədər metro xətlərində qatarların hərəkəti dayandırılıb, 1 saat sonra xətlərdən birində vaqonların hərəkətinə icazə verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR