Bakı-APA. Türkiyənin Diyarbəkir şəhərinin Sur qəsəbəsində PKK terrorçularına qarşı keçirilmiş əməliyyat zamanı bir əsgər və polis şəhid olub, 3 əsgər isə yaralanıb.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, qəsəbədə terrorçulara qarşı əməliyyat davam etdirilir.
Bu gün Vanda da PKK terrorçularına qarşı əməliyyat keçirilən zaman bir polis şəhid olub.
Keçirilmiş əməliyyatlarda 12 terrorçu məhv edilib.