Bakı. Məlahət Nəcəfova - APA. Türkiyədə qadın polislərin baş örtüyündən istifadə etməsinə icazə verilib.
APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumat görə, bu məsələ təhlükəsizlik xidməti əməkdaşlarının geyim qaydalarına edilən dəyişiklikdə əksini tapıb.
Qadın polislərin baş örtüyü taxmasını əngəlləyən maddə bu şəkildə dəyişdirilib: "Şapka, papaq və üzü örtməyən, bəzəksiz, uniforma rəngində baş geyimlərini çıxmaq şərtilə, rəsmi geyimlərin içərisinə kənardan görünəcək şəkildə jaket, jilet və bənzər geyimlər geymək qadağandır".