Bank Of Baku

Türkiyədə saxlanılan Britaniya telekanalının jurnalisti azadlığa buraxılıb

Türkiyədə saxlanılan Britaniya telekanalının jurnalisti azadlığa buraxılıb
# 06 yanvar 2016 02:58 (UTC +04:00)

Bakı-APA.  Terrorçuluq ittihamı ilə 4 ay Türkiyədə həbsxanada saxlanılan Britaniyanın “Vice News” telekanalının jurnalisti İraq vətəndaşı Məhəmməd İsmayıl Rəsul azadlığa buraxılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın yaydığı məlumatda bildirilir.  

 

Qeyd edək ki,  Məhəmməd İsmayıl Rəsul avqustun sonlarında iki həmkarı (müxbir Ceyk Xanraxan və operator Filip Pendlberi) ilə birlikdə Silvan şəhərində tətbiq edilən komendant saatına etiraz edən yerli sakinlərin aksiyasını çəkiliş edərkən saxlanılıb. Diyarbəkir  şəhər məhkəməsi Xanraxan və Pendlberini terrorçuluğu dəstəkləməkdə və PKK təşkilatı ilə əlaqədə olmaqda ittiham edib, lakin sonradan onlar azad edilərək vətənlərinə deportasiya olunublar.

 

“Müxbir Məhəmməd Rəsul yanvarın 5-də girov müqabilində 131 gün saxlanıldığı həbsxanadan azadlığa buraxılıb. Xanraxan və Pendlberi saxlanıldıqdan 11 gün sonra azadlığa buraxılıblar.  Məhəmməd Rəsul terror təşkilatının dəstəkləməkdə günahlandırılaraq dörd aydan çox həbsdə saxlanılıb”, deyə telekanalın məlumatında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR