Bank Of Baku

Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub

Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub
# 02 sentyabr 2016 21:26 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4  əsgər şəhid olub.

 

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.

 

Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində  qarşıdurmanın davam etdiyi bildirilir.

 

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda  2 əsgər ölüb.

 

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR