Türkiyənin Ərzincan vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 00:21-də qeydə alınıb.
Zəlzələ Ərzincan şəhərində hiss olunub. İlkin məlumata əsasən, dağıntı və zərərçəkən yoxdur.